Qaydasız döyüş

Keçmiş UFC döyüşçüsü faciəvi şəkildə dünyasını dəyişdi

33 yaşlı amerikalı keçmiş UFC döyüşçüsü Cin Errera (10-3) motosiklet qəzasında dünyasını dəyişib.

Aut.az xəbər verir ki, Faciə mayın 19-da ABŞ-ın Tampa şəhərində baş verib. Errera nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib və “Jeep Grand Cherokee” markalı avtomobilin arxasına çırpılıb.

Toqquşmadan sonra motosiklet mobeton maneəyə dəyib sonra kənara düşüb. Alovlanana qədər bir neçə metr aşağı düşüb. Avtomobilin sürücüsü xəsarət almayıb.

Erreranın ailəsi ianə aksiyası elan edib.

O, UFC-də 3 dəfə döyüşüb və hamısında məğlub olub. Cin həmçinin “The Ultimate Fighter” üzvü olaraq, iki çəki kateqoriyasında keçmiş çempion olanda Konor Makqreqor və keçmiş UFC döyüşçüsü Uriya Faberi məğlub edib. Cobi Sançesi isə ikinci raundda texniki nokautla üstələyib.

Aut.az