Ağ Evdə keçiriləcək UFC turnirinin qarşısını almaq üçün bu yola əl atdılar
Bir qrup fəal Ağ Evdə keçirilməsi planlaşdırılan UFC turnirinin qarşısını almağa çalışır.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Kolumbiya dairəsi üzrə federal məhkəməyə təqdim edilən iddiada bildirilir ki, “Public Integrity Project” təşkilatının fikrincə, ABŞ Daxili İşlər Nazirliyi və Milli Park Xidməti dövlət ərazisində özəl idman tədbiri təşkil etməklə federal qanunu pozub. İddiada həmçinin qeyd olunur ki, tədbir üçün nəzərdə tutulan çoxsaylı obyektlərin tikintisi ilə bağlı Konqresin təsdiqi alınmayıb.
Bundan əlavə, bazar günü səhər saatlarında həmin məhkəməyə tədbirin keçirilməsinin müvəqqəti olaraq dayandırılması tələbi ilə təcili vəsatət də təqdim edilib.
“Public Integrity Project” təşkilatının aparıcı hüquqşünası Brendan Ballou məsələ ilə bağlı belə danışıb:
“Biz hesab edirik ki, bu, müqəddəs milli abidələrimizdən şəxsi məqsədlər üçün kobud şəkildə sui-istifadə edilməsidir. Düşünürük ki, buna son qoyulmalıdır, çünki bu, qanunun pozulması deməkdir”.
