Qaydasız döyüş

Həmzətdən Kadırovun oğluna: Lazım olanda qardaş çiynini…

UFC çempionu Hamzat Çimayev Adam Kadırovu ad günü münasibətilə təbrik edib.

Aut.az xəbər verir ki, Ramzan Kadırovun 18 yaşlı oğlu Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutur.

“Adam Ramzanoviç hər zaman yanımdadır, lazım olanda qardaş çiynini verməyə, hər cür dəstək və yardım göstərməyə hazırdır. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm və ona minnətdaram!

Ad günün mübarək, qardaş. Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq və ən yaxşı arzularımı bildirirəm!”, – Çimayev sosial şəbəkədə yazıb.

Aut.az