Qaydasız döyüş

Gürcü döyüşçü rusu “əclaf” adlandırdı

Gürcü UFC döyüşçüsü Merab Dvalişvili “Mighty” “YouTube” kanalında ötən ilin dekabr ayında rusiyalı Petr Yana məğlubiyyəti barədə danışıb.

Aut.az xəbər verir ki, Merab həmin döyüşün gedişində uduzduğunu anlayanda əylənməyə çalışdığını bildirib:

“Amma o əclaf məni döyürdü! Məni yerə yıxırdı! Bədənimə bir neçə dəfə vurdu – çox ağrıyırdı”, – Dvalişvili deyib.

Gürcü idmançının rusiyalı ilə döyüşü 2025-ci ilin dekabr ayında baş tutub. Yan rəqibini hakimlərin qərarı ilə məğlub edərək UFC-nin çempionluq kəmərini əldə edib.

Aut.az