Qaydasız döyüş

Döyüşdən əvvəl şou göstərmək istədi, biabır oldu – VİDEO

ABŞ-dən olan MMA döyüşçüsü E.J. Hotçkins Las-Veqasda keçirilən “Tuff-N-Uff 152” turnirində həm gülməli, həm də onun üçün ağrılı keçən bir axşam yaşayıb.

Aut.az xəbər verir ki, Derril Uolkerə qarşı döyüşdən əvvəl Hotçkins tamaşaçılar qarşısında effektli şəkildə meydana çıxmaq istəyib. O, qəfəsə daxil olarkən akrobatik salto edərək izləyiciləri təəccübləndirməyə çalışıb. Lakin yerə endikdən sonra geriyə doğru hərəkət edən döyüşçü təsadüfən açıq qapıdan birbaşa qəfəsdən kənara çıxıb.

Maraqlı an qısa zamanda sosial şəbəkələrdə yayılıb. Videoda görünür ki, idmançı akrobatik fənddən sonra sadəcə qəfəsin hüdudlarından kənara düşür və bu da tribunada gülüşə səbəb olur.

Ancaq uğursuzluqlar bununla bitməyib. Döyüşün başlanmasından iki dəqiqə keçməmiş Derril Uolker rəqibinin başına güclü təpik zərbəsi endirib. Ardınca o, dərhal parterə keçərək ardıcıl zərbələr endirib və referi görüşü dayandırmağa məcbur olub.

Beləliklə, Hotçkins peşəkar karyerasında ilk məğlubiyyətini alıb. Uolker isə ardıcıl ikinci qələbəsini qazanaraq döyüşü yenə birinci raundda vaxtından əvvəl başa vurub.