Qaydasız döyüş

Öz ad günündə bacısına ev hədiyyə etdi

Keçmiş UFC çempionu Aleks Pereyra ad gününü qeyri-adi şəkildə qeyd edib.

Aut.az xəbər verir ki, iyulun 7-də MMA döyüşçüsü 39 yaşına çatıb və həmin gün bacısına ev hədiyyə edib.

“Bu kimi hədiyyələr həyatı dəyişdirir. Sevgin və səxavətin üçün təşəkkür edirəm, qardaş. Ümid edirəm ki, Allah sənə mənə verdiyin qədər çox şey verər. Ad günün mübarək”, – deyə Aline Pereyra sosial mediada yazıb.

Pereyranın 35 yaşlı bacısı keçmiş kikboksçu idi və hazırda döyüş karatesi və MMA üzrə yarışır.

Aut.az