Zukerberq və Mask: 8 milyon satıla biləcək döyüş
UFC rəhbəri Dana Uayt promoşunun 8 milyon pullu yayım sata biləcəyi döyüşün adını çəkib.
Aut.az xəbər verir ki, UFC-nin Səudiyyə Ərəbistanındakı debüt tədbirindən sonra təşkil edilən mətbuat konfransında, ondan bu qədər sata biləcəyi döyüş haqqında soruşduqda, Uayt milyarderlər Mark Zukerberq və Elon Mask arasındakı görüşü adlandırıb.
Hazırda UFC-də satılan ödənişli yayımların sayına görə rekord Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında olan döyüş olub – 8 milyon.
Aut.az
