Portuqal futbolçular Ronaldnu boykot etdilər – Dünya çempionundan şok ittiham
1998-ci ildə Fransa millisinin heyətində dünya çempionu olan Yuri Corkayeff Portuqaliya millisininin üzvlərini Kriştiano Ronaldonu boykot etməkdə günahlandırıb.
Aut.az xəbər verir ki, “RMC Sport” Corkayeffdən sitat gətirib:
“Əgər Kriştiano Ronaldonu dəvət edirsinizsə, komanda onun üçün oynamalıdır, amma burada vəziyyət tamamilə fərqli idi. Öz komandasının Ronaldonu boykot etdiyi aydın idi. Onu dəstəkləmədilər, onun üçün ən yaxşı şəraiti yaratmadılar.
Hamımız Kriştianonu tanıyırıq. O, həmişə eyni cür oynayıb. Onun birdən-birə dəyişəcəyini gözləyirdiniz? Ya onu milli komandaya çağırmırsınız, ya da meydana buraxmırsınız. Amma onu meydana buraxırsınızsa, komandanı onun ətrafında qurmalısınız”.
Portuqaliya Dünya Kubokundakı iştirakını 1/8 final mərhələsində İspaniyaya uduzaraq (0:1) başa vurub.
Aut.az
