Dünya futbolu

Messisiz də qələbə qazanırlar

MLS-də növbəti turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, “İnter Mayami” “Sportinq Kanzas Siti”ni qəbul edib. Fort Lauderdeyldə, “İnter Mayami” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qaliblərin heyətində Leonardo Kampana dubl edib, daha bir qolu isə Fakundo Farias vurub. Yarımmüdafiəçi Serxio Buskets bir məhsuldar ötürmə edib. Qeyd edək ki, Argentina millisinin sərəncamında olan Lionel Messi bu görüşdə iştirak etməyib.

“İnter Mayami” son dörd matçda üçüncü qələbəsini qazanıb. Komanda növbəti turda “Atlanta Yunayted”lə qarşılaşacaq.

Aut.az