Almaniya

O şokdadır, ayıbdır

Almaniya millisinin idman direktoru Rudi Feller komandanın yoldaşlıq görüşündə Yaponiyaya uduzmasından (1:4) danışıb. Son beş matçda Almaniya 4 məğlubiyyətlə üzləşib, 1 heç-heçə edib.

“Hamımız hələ də şokdayıq. 1:4 hesabı ilə uduzmaq ayıbdır. Flikin gələcəyi? Biz hamımız özümüzə yaxından nəzər salmalıyıq və bundan sonra nə olacağını görəcəyik. Mən indicə Hans ilə danışdım, o şokdadır. Bunun niyə baş verdiyini sabah danışacağıq. Ayıbdır.

Fransa ilə oyunda özümüzü biabır etməyə haqqımız yoxdur. Biz Almaniyayıq. Çərşənbə axşamı heç kim qorxmamalıdır. Uşaqlar bunu edə bilər, hamısı top-klublarda oynayır”, – deyə “Bayern & Germany” Fellerdən sitat gətirib.

Qeyd edək ki, Almaniya sentyabrın 12-də Fransa ilə yoxlama görüşü keçirəcək.

Aut.az