“Real” açıqladı: Maksimum bu qədər verə bilərik
“Bavariya”nın müdafiəçisi Alfonso Devis 2024-cü ilin yayında “Real”a keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Bildirilir ki, Madrid klubu kanadalı müdafiəçini almaq istəyir və onun üçün 40 milyon avro ödəməyə hazırdır.
“Kral klubu”nun bir oyunçu üçün ödəməyə hazır olduğu maksimum məbləğ 50 milyondur.
Devisin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Daha əvvəl məlum olmuşdu ki, futbolçu Münhen komandası ilə müqaviləni yeniləmək niyyətində deyil.
Aut.az
