Almaniya

Noyer Şvaynştaygerə çatdı

2025/2026 mövsümünün Almaniya Kubokunun finalında “Bayern Münhen” “Ştutqart”la qarşılaşdı və 3-0 hesablı qələbə qazandı.

Aut.az xəbər verir ki, bu, Münhen klubunun qapıçısı Manuel Noyerin turnirdə yeddinci qələbəsidir. “Opta”nın məlumatına görə, təcrübəli qapıçı “Bayern”in keçmiş yarımmüdafiəçisi Bastian Şvaynştaygerin uğurunu təkrarlayıb.

Noyer 2011-ci ilin yayından bəri “Bayern”də oynayır. Manuelin alman nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonunda bitir. Oyunçunun transfer dəyəri dörd milyon avrodur.

Aut.az