AlmaniyaAzərbaycan futbolu

Milli üzvü Bundesliqada növbəti oyununa çıxdı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevanın formasını geyindiyi “Hamburq” Bundesliqada növbəti oyuna çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda “Leypsiq”i qəbul edib. 4 qolun vurulduğu matç “Hamburq”un məğlubiyyəti ilə başa çatıb – 1:3.

Nigar görüşə start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib.

“Hamburq” 17 turdan sonra 10 xalla 14 komanda arasında 12-cidir.