Mourinyo o oyunu izlədi – “Bayern”dən belə reaksiya gəldi
“Bayern Münhen”in fəxri prezidenti Uli Höness Joze Mourinyonun Almaniya Kubokunun finalında “Ştutqart”la oyunda izləməsinə reaksiya verib.
“Real Madrid”ə mümkün təyinatda adı hallanan portuqaliyalı məşqçinin Münhen klubunun cinah oyunçusu Maykl Olise ilə yaxından maraqlandığı barədə məlumatlar yayılmışdı. İspaniya klubunun bir müddətdir ki, oyunçu ilə maraqlandığı barədə şayiələr gəzir.
Aut.az xəbər verir ki, “Goal.com” saytı Hönessin sözlərini sitat gətirib: “Ümid edirəm ki, bir-birimizi görməyəcəyik. O, bu səfərdən asanlıqla yayına bilərdi. Qoy istədiyi qədər Oliseyə nəzarət etsin – bu, heç nəyi dəyişməyəcək. Onu satmaq planımız yoxdur”.
Olise bu mövsüm “Bayern”də 51 oyunda iştirak edib, 22 qol vurub və 26 məhsuldar ötürmə edib.
Aut.az
