Rusiya hücum etdi, məşhur stadion ziyan gördü – FOTOLAR
Mayın 24-nə keçən gecə Rusiya Ukraynaya qarşı kütləvi kombinə edilmiş hücum həyata keçirib.
Aut.az xəbər verir ki, atəş nəticəsində qəlpələr Kiyevdəki Valeri Lobanovski adına “Dinamo” stadionuna da ziyan vurub.
Hadisənin nəticələrini əks etdirən fotolar “Realnıy Kiyev | Ukraina” teleqram kanalında paylaşılıb, görüntülər daha sonra klubun mətbuat xidməti tərəfindən də yayımlanıb.
Bildirilib ki, stadionun müəyyən hissələrinə qəlpə zədələri dəyib.
Qeyd edək ki, mayın 24-də məhz bu arenada Ukrayna Premyer Liqasının 2025/26 mövsümünün 30-cu tur oyunu keçirilməlidir. Həmin qarşılaşmada Kiyev “Dinamo”su “Kudrivka” ilə üz-üzə gələcək.
