Messini saxlamağın bircə yolu var – MLS-in sabiq bombardiri
“Mançester Siti”nin sabiq oyunçusu, 2014 və 2016-cı illərdə MLS-in bombardiri olan Bredli Rayt-Fillips Lionel Messi haqda danışıb.
Aut.az xəbər verir ki, Bredli “İnter Mayami”nin rəqiblərinin Lionel Messini meydanda necə saxlaya biləcəyi ilə bağlı fikirlərini bölüşüb.
“Biz görürük ki, Messi qarşısıalınmazdır. Əgər siz ona yaxın olsanız, o, sadəcə olaraq sizin ətrafınızda dövrə vuracaq və ya qaçacaq. Qalan yeganə variant onun topu almasına icazə verməməkdir. Düzdür, bunu masa arxasında oturarkən demək asandır. Başa düşürəm ki, bu, asan deyil, amma top Messinin ayağında olduqdan sonra onu götürmək daha çətindir, hətta mümkünsüzdür”, – Rayt-Fillips “MLSsoccer.com”a deyib.
Messi bu mövsüm “İnter Mayami”nin heyətində 11 matçda 12 qol vurub və 11 məhsuldar ötürmə edib.
Aut.az
