İki klubun azarkeşləri arasında kütləvi dava – VİDEO
Bu mövsüm “Sampdoriya” və “Cenoa” Genuya derbisi olmadı, çünki komandalar müxtəlif divizionlarda oynayırlar: “Cenoa” A Seriyasında, “Sampdoriya” B seriyasında.
Ancaq məlum olub ki, bu da şəhərdə sakit həyata zəmanət vermir.
Aut.az xəbər verir ki, mayın 5-də Genuya küçələrində iki klubun azarkeşləri arasında kütləvi dava olub.
“Sampdoriya” azarkeşləri komandalarının B Seriyasında “Reccano” ilə oyunundan qayıdarkən böyük qrup “Cenoa” azarkeşləri ilə rastlaşıblar. Həmin vaxt azarkeşlər barda “Milan”la oyunu (3-3) izləyirmişlər.
Kütləvi dava baş verib. Davanı yalnız yerli polis bütün kvartalı bağlamaqla dayandıra bilib.
Aut.az
05.05.2024🇮🇹 Genoa vs Sampdoria https://t.co/Fjy3xrlEmQ pic.twitter.com/FnAGeY9vI7
— Hooligans.cz Official (@hooliganscz1999) May 5, 2024
