İtaliya

“İnter”in çempionluq paradı – VİDEO

İtaliya A Seriyasının 34-cü turu çərçivəsində Milan “İnter”i doğma meydanda “Torino”nu məğlub edib (2:0).

Əvvəlki turda Milan derbisində (2:1) qalib gələrək çempionatın qızıl medallarını təmin edən meydan sahibləri üçün bu görüşün turnir əhəmiyyəti yox idi.

Oyundan sonra komanda Milanın küçələri ilə çempionluq paradından keçib, avtobusla azarkeşlərin izdihamlı olduğu küçələri gəzib.

Çempionatın başa çatmasına 4 tur qalmış “neradzurra” 89 xal toplayıb və ikinci pillədəki “Milan”ı 19 xal qabaqlayır.

Aut.az