İtaliya

“Milan”ın ulduzu Hollivud aktrisası ilə eşq yaşayır?

“Milan” və ABŞ milli komandasının hücumçusu Kristian Pulişiçin Hollivud aktrisası Sidni Suini ilə romantik münasibətdə olduğu güman edilir.

Aut.az xəbər verir ki, “Gazzetta dello Sport” nəşrinin verdiyi məlumata görə, hələlik təsdiqlənməsə də, həm İtaliyada, həm də xaricdə sosial mediada şayiələr yayılır.

Qeyd olunur ki, 27 yaşlı futbolçunun sevgilisi bu yaxınlara qədər qolfçu Aleksa Melton olub. 28 yaşlı Suini prodüser Conatan Davino və sahibkar Skuter Braunla görüşüb.

Pulişiç bu mövsüm “Milan”da 14 oyun keçirib, doqquz qol vurub və iki məhsuldar ötürmə edib. O, ABŞ millisində 82 oyunda 32 qol vurub.

Aut.az