Yalnız bir halda “Napoli”ni tərk edəcək: Sentyabrın 2-nə qədər…
Nigeriyalı hücumçu Viktor Osimhen “Napoli”ni yalnız bir halda tərk edəcək, Səudiyyə Ərəbistanının “Əl-Əhli” sentyabrın 2-nə qədər oyunçu üçün çox yaxşı qiymət təklif edərsə.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabris Havkins sosial şəbəkələrdə məlumat verib.
Xatırladaq ki, daha əvvəl forvardın “Çelsi”nin həftəlik 155 min funt sterlinq (184 min avro) maaş təklifini rədd etdiyi bildirilmişdi.
İtaliya çempionatının 2023/2024 mövsümündə Viktor Osimhen 25 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt onlayn portalı 25 yaşlı hücumçunun bazar dəyərini 100 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Avropanın yüksək liqalarında transfer pəncərəsi avqustun 30-da bağlanıb.
Aut.az
