Qol vurdu, biabırçı vəziyyətə düşdü – FOTOFAKT
“İnter”in futbolçusu Davide Frattesi İtaliya A Seriyasının 19-cu turunun Verona ilə matçında (2:1) qələbə qolunu vurduqdan sonra gülməli vəziyyətə düşüb.
Aut.az xəbər verir ki, 90+3-cü dəqiqədə fərqlənən futbolçu bunu azarkeşlərinin yanına qaçaraq bayram edib. Bu zaman Davide şortunun necə aşağı sürüşdüyünü və alt paltarının göründüyünə fikir verməyib. Komanda yoldaşı Hakan Çalhanoğlu geyimini düzəltməyə çalışıb.
Frattesi “İnter”ə “Sassuolo”dan icarə əsasında keçib. Bu mövsüm o, komandanın heyətində bütün turnirlərdə 23 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

