De Rossi huşunu itirən futbolçu haqda danışdı: Elektrokardioqram göstərdi ki…
“Roma”nın baş məşqçisi Daniele De Rossi “Udineze” ilə oyunda huşunu itirən komandanın müdafiəçisi Evan N’Dikin səhhəti haqda danışıb.
Aut.az xəbər verir ki, məşqçi futbolçunun səhhəti ilə bağlı pozitiv məlumatlar aldıqlarını bildirib.
“Onun vəziyyəti yaxşıdır. Ağciyər problemləri təəssüf doğurur, amma xoşbəxtlikdən, belə demək mümkünsə, meydançada yıxılanda qorxduğumuz şey deyil.
Qarşılaşmanın bitməməsi lazımi və hətta normal bir qərar idi. Stadionda çəkilən elektrokardioqrammada onun infarkt keçirdiyi aşkarlandığı üçün futbolçularımızdan heç biri oyunu yenidən başlamağa hazır deyildi”.
Aut.az
