Zanetti DÇ-ni bu komandanın qazanacağına inanır
“İnter”in sabiq oyunçusu və hazırkı vitse-prezident Xavyer Zanetti 2026-cı il dünya çempionatının favoritlərini açıqlayıb .
Aut.az xəbər verir ki, Zanetti bu barədə İtaliya mətbuatına danışıb.
“Düşünürəm və ümid edirəm ki, Argentina qalib gələcək. Əlbəttə ki, Dünya Kuboku asan deyil, çünki Fransa, İspaniya və Almaniya kimi çox güclü komandalar var. Hətta Dünya Kubokunu qazanmaq üçün mümkün qədər yaxşı hazırlaşmağa çalışan Braziliya belə.
Amma şübhəm yoxdur ki, Argentina titulu qorumaq üçün meydana çıxacaq, bunu əvvəllər heç vaxt bacarmayıblar.
İngiltərəyə qarşı oynamaq çox çətindir, çünki onların çoxlu sayda yaxşı oyunçuları var. Onlar, şübhəsiz ki, bu Dünya Kubokunda ciddi rəqib olacaqlar”, – Zanetti deyib.
Aut.az
