İspaniya

Ançelotti “Real”ın “Barsa”dan geri qalmasından danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın turnir cədvəlində komandası ilə “Barselona” arasında 4 xal olan fərqdən danışıb.

Aut.az xəbər verir ki, o, bu məqama görə narahat olmadığını bildirib:

“Bunlar kiçik şeylərdi. Bizə daha çox təsir edən o idi ki, ən yaxşı şəkildə oynaya bilmədik. Mövsüm çox uzundur, amma matçları çox yaxşı keçirmədiyimiz üçün 4 xal geridəyik. Belə bir vəziyyət bizə təzyiq edirmi? Qətiyyən yox, biz bu problemi yavaş-yavaş həll edəcəyik”.

İspaniya çempionatının 3 turundan sonra “Barsa” 9 xal toplayıb və birinci yerdədir. “Los Blankos” 5 xal qazanaraq dördüncüdür.

Qeyd edək ki, La Liqanın 4-cü turunda Ançelottinin yetirmələri “Betis”lə qarşılaşacaq. Oyun sentyabrın 1-də baş tutacaq. “Barselona” isə bu gün “Valyadolid” ilə üz-üzə gələcək.

Aut.az