İtaliya

UEFA “Yuventus”la bağlı araşdırmaya başladı

“Yuventus” UEFA tərəfindən maliyyə feyr-pleyi qaydalarını pozduğu üçün cəzalandırıla bilər.

Aut.az xəbər verir ki, bu barədə “Football-Italia” məlumat yayıb.

“Bianconeri” klubun maliyyə hesabatında bu məlumatı təsdiqləyib. Turin klubu futboldan gəlirlər üzrə qaydaları pozub. Sentyabrın 18-də UEFA tərəfindən üçillik (2022-2025) dövrdə qayda pozuntusu ilə bağlı araşdırma başlanıb.

Gözlənilir ki, bu işin nəticəsi 2026-cı ilin yazında hazır olacaq. “Yuventus”a maliyyə sanksiyaları tətbiq oluna bilər, lakin onların məbləği böyük olmayacaq. Daha böyük narahatlıq isə UEFA tərəfindən təşkil olunan yarışlarda yeni oyunçuların qeydiyyatına məhdudiyyətlərin qoyulmasıdır.