Lukaku bu klubla anlaşdı: “Çelsi” isə güzəşt etmir
“Çelsi”nin və Belçika millisinin hücumçusu Romelu Lukaku “Napoli” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb/
Aut.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb.
Müqavilə 3 il müddətinə qüvvədədir və ona əsasən, futbolçu bonuslar nəzərə alınmadan ildə 6 milyon avro alacaq. Bu, onun “Çelsi”dəki maaşından az qala 2 dəfə azdır.
Eyni zamanda, “Napoli” Lukakunun transferi ilə bağlı “Çelsi” ilə hələ razılaşmayıb. London klubu futbolçu üçün 35 milyon avro istəyir. Lakin “Napoli” tələb olunan məbləği ödəməyə hazır deyil.
Aut.az
