Şərh vermədi, ikibaşlı danışdı: Hər şey aşkardır
“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Aston Villa”ya məğlub olduqları (0:1) oyundan sonra fikrilərini bildirib.
Aut.az xəbər verir ki, Arteta hakimlik haqda ətraflı şərh verməkdən imtina edib.
“Bəli, bu barədə çox şey deyə bilərəm, amma şərh verməkdən çəkinməyi üstün tuturam. Təkcə onu deyə bilərəm ki, burada hər şey aydın və aşkardır, bu mənim fikrimdir”, – “Evening Standard” Artetanın sözlərindən sitat gətirib.
Xatırladaq ki, ispaniyalı mütəxəssis bu həftə Premyer Liqanın 11-ci turunda keçirilən “Nyukasl”la oyundakı hakimliklə bağlı dediyi tənqidi sözlərdən sonra İngiltərə Futbol Assosiasiyasının nümayəndələrinə izahat verməli olub.
İngiltərə çempionatının 16 turundan sonra “Arsenal” 36 xal toplayıb və ikinci pillədə qərarlaşıb.
Aut.az
