“Qalatasaray”la “Çelsi” razılığa gəldilər
“Çelsi” Hakim Ziyeşin transferində “Qalatasaray”la prinsipial razılığa gəlib.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
Klublar hələ ki, müqavilənin təfərrüatlarını təsdiqləməyiblər. Futbolçu da tibbi müayinədən keçməyib.
Ziyeşin daha əvvəl PSJ və “Əl-Nəsr” keçidi uğursuz olduğu üçün “Çelsi”nin bu dəfə daha ehtiyatlı davrandığı bildirilir.
Ziyeş 2020-ci ilin yayında 40 milyon avroya “Ayaks”dan “Çelsi”yə keçib. Keçən mövsüm cinah oyunçusu klubda 24 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.
Aut.az
