İngiltərə

Tarixi qələbəni şərh etdi: Bu hiss dünyanın heç bir puluna satılmır

“Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasner İngiltərə Superkubokunda “Liverpul”a (2:2, pen. 3:2) qalibiyyət barədə danışıb.

Aut.az xəbər verir ki, avstriyalı mütəxəsssis London klubunun tarixindəki ilk superkubok qələbəsini belə şərh edib:

“Meydanda futbolçular özlərinə inanırdılar, güclərinə güvənirdilər, buna görə oyundan çox məmnunam. 90 dəqiqədən sonra hər iki komanda təxminən eyni səviyyədə oynayırdı və bu, bizə Premyer Liqa çempionu “Liverpul”la matçın nəticəsindən qürur duymağa əsas verir.

“Uembli”yə getməzdən əvvəl oyunçulara İngiltərə Kubokundakı qələbədən sonra azarkeşlərin sevincini əks etdirən video göstərdim. Biz buna “emosional mükafat” deyirik. Azarkeşlərin qarşısında dayanıb bu hissi yaşamaq, dünyanın heç bir puluna satılmır.

Bu gün futbolçular buna layiq idilər, azarkeşlərimiz də layiq idilər. Çünki onlar bizi hər zaman, uduzduğumuz anlarda belə, əvvəldən sona qədər dəstəkləyiblər. Həmişə komandamızı irəli itələyiblər və bu, möhtəşəm bir bağdır. Nəticədə hamımız mükafatımızı aldıq və bu, həmişə bizimlə qalacaq”.

Aut.az