Emeri Artetanın əlini niyə sıxmayıb? – Gözlədim, amma…
“Aston Villa”nın baş məşqçisi Unai Emeri Premyer Liqa matçında məğlubiyyətdən sonra (1:4) “Arsenal”ın baş məşqçisi Mikel Arteta ilə əl sıxmamasının səbəbini açıqlayıb.
Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu sözləri deyib:
“Matçdan sonra əl sıxmaq adi prosedurdur. Gözlədim, gözlədim, amma o, futbolçuları ilə çox sevinirdi. Mən isə artıq üşüyürdüm. Açığı, bunu problem hesab etmirəm”.
Hadisəyə Mikel Arteta da münasibət bildirib və hər hansı narazılığın olmadığını vurğulayıb:
“Hər şey normaldır. Bu, futbolun bir hissəsidir. Heç bir problem yoxdur”.
Televiziya kameraları Emerinin final fitindən dərhal sonra tunelə doğru getdiyini və həmkarını gözləmədən meydanı tərk etdiyini nümayiş etdirib.
19 turdan sonra “Arsenal” 45 xalla turnir cədvəlinə liderlik edir və bir oyunu ehtiyatda olan “Mançester Siti”ni 5 xal qabaqlayır. “Aston Villa” isə 39 xalla üçüncü pillədə qərarlaşıb.
Aut.az
