“Arsenal” Premyer Liqada bunu bacaran ilk komanda oldu
İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində “Arsenal” “Nyukasl”ı 4:1 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, “topçular” ilk hissəni 2:0 hesabı ilə öndə tamamlayıb. “Arsenal” liqa tarixində ardıcıl 7 dəfə birinci hissədə ən azı iki qol vuran ilk komanda olmaqla Premyer Liqa rekordunu müəyyənləşdirib.
Qeyd edək ki, aktivində 58 xal olan London klubu 3-cü sırada qərarlaşıb. Mikel Artetanın komandası lider “Liverpul”dan 2, ikinci sıradakı “Mançester Siti”dən isə 1 xal geri qalır.
