İngiltərə

“Çelsi” onları satışa çıxardı

“Çelsi” satmaq və maaş yükündən azad olmaq istədiyi futbolçuların adlarını müəyyənləşdirib.

Aut.az xəbər verir ki, London klubunun yeni baş məşqçisi Enzo Mareskanın hazırladığı sitahıda 7 nəfərin adı var. Bunlar qapıçı Kepa Arrizabalaqa, müdafiəçilər Trevo Çalobah və Malanq Sarr, yarımmüdafiəçi Çezare Kasadey, hücumçular Romelu Lukaku, Armando Broya və David Fofanadır. Onların hamısı transferə çıxarılıb.

Futbolçular icarəyə verilməyəcək. “Çelsi” yalnız satış təkliflərini dəyərləndirəcək.

Bundan əlavə, “mavilər” müqaviləsi 1 ildən sonra başa çatacaq yarımmüdafiəçi Konor Qallagerlə bağlı da qərar verib. Onunla yeni sözləşmə barədə danışıqlar aparılacaq. Anlaşma olmasa, o da satıla bilər.

Aut.az