Türkiyə 1/4 finalda
Avro-2024-də 1/8 final mərhələsinə yekun vurulub.
Aut.az xəbər verir ki, mərhələnin son matçında Türkiyə milli komandası Avstriya ilə üz-üzə gəlib. “Ay-ulduzlar” gərgin keçən görüşdə 2:1 hesablı qələbə qazanıb. Bununla da Vinçentso Montellanın komandası 1/4 finala adlayıb.
Türkiyə millisi 1/4 finalda Niderlandla qarşılaşacaq.
Avro-2024: 1/8 final
23:00 Avstriya – Türkiyə – 1:2
Qollar: Mixail Qriqoriç, 67 – Merih Demiral, 1, 60
