“Fənər” “Yunayted”in ulduzunu transfer edir
İngiltərə Premyer Liqasının cari mövsümündə cəmi 1 dəqiqə meydanda olan “ Mançester Yunayted”in cinah oyunçusu Antoni “Fənərbaxça”ya icarəyə verilə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
İngiltərədə komandalar üçün yay transfer pəncərəsinin artıq bağlanmasına baxmayaraq, sentyabrın 13-dək Türkiyədə açıq qalır. Bu, “Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyonun rəhbərlik etdiyi “Fənərbaxça”ya müqaviləni tamamlamağa imkan verir.
Antoni iki il əvvəl “Ayaks”dan 85,5 milyon funta “Mançester Yunayted”ə keçmişdi. O, klubda olduğu müddətdə 83 oyun keçirib və 11 qol vurub.
“Fənərbağça” bu mövsüm Türkiyə Superliqasında 4 matçdan üçündə qalib gələrək 10 xalla birinci yerdədir.
Aut.az
