Özbək futbolçu bu oyunda debüt edəcək
“Mançester Siti”nin yeni futbolçusu, Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov “Çelsi” ilə oyunda debüt edə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Siti”nin baş məşqçisi Xosep Qvardiola məlumat verib.
“Əlbəttə, yeni oyunçular bizə kömək edə bilər. Bu səbəbdən bura köçüblər. “Çelsi” ilə matçda bizim yalnız bir mərkəz müdafiəçimiz vardı, digəri isə Xusanovun sayəsində mümkün olacaq. Beləliklə, oynamalı olduğumuz matçların sayını nəzərə alsaq, ixtiyarımızda daha çox oyunçunun olması bizim üçün vacibdir”, – Qvardiola mətbuat konfransında deyib.
Komandalar arasında görüş yanvarın 25-də Mançesterdə keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Aut.az
