Dünya futboluİngiltərə

Messi Artetanı dünyanın ən yaxşı üç məşqçisindən biri saydı: Belə reaksiya verdi

Lionel Messi “Arsenal”ın baş məşqçisi Mikel Artetaya ilin ən yaxşı üç məşqçisi arasında yer verib.

Aut.az xəbər verir ki, Messi birinci yeri Luis Enrikeyə, ikinci yeri Hans Flikə verib.

Və təəccüblü şəkildə Artetanı Pep Qvardiola və “Liverpul”u çempion edən Arne Slotdan üst pilləyə qoyub.

“Arsenal” bu mövsüm kuboksuz qalıb, amma Premyer Liqada ikinci yeri tutub və Çempionlar Liqasının yarımfinalına yüksəlib – bəlkə də bu, Messini təsirləndirib.

İspan buna sakitcə reaksiya verib: “Bunu eşitmək çox xoşdur. Messiyə böyük hörmətim var – mənim üçün o, futbol tarixinin ən böyük oyunçusudur. Əgər bu, onun işimiz haqqında fikridirsə, deməli, mən həqiqətən məmnunam”.

Aut.az