İngiltərəİtaliya

“Çelsi” Lukakuya qiyməti kəsdi: “Roma” almasa, ərəblər gözləyir

“Roma”da bir illik icarə əsasında çıxış edən “Çelsi”nin hücumçusu Romelu Lukaku İtaliya klubunda qala bilər.

Aut.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Roma” rəhbərliyi belçikalı forvardın oyunundan razı qalıb və onu komandada saxlamaq istəyir. Eyni zamanda, romalılar üçün tələb olunan məbləği ödəmək çətin olacaq: “Çelsi” Lukakunu 43 milyon avro qiymətləndirir.

“Roma” yalnız Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə belə bir transferi həll edə biləcək.

“Əl-Hilal”ın Lukakuya iddiasını davam etdirdiyi də qeyd edilir. Səudiyyəlilərin nümayəndələri bu yay belçikalı ilə əlaqə saxlayacaq və ona 30 milyon avro maaşla iki illik müqavilə təklif edəcəklər.

Bu mövsüm Lukaku “Roma”nın heyətində bütün yarışlarda 26 oyun keçirib, 15 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.

“Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 35 milyon avrodur.

Aut.az