İngiltərə

Yaxşı, avronu funtla əvəz edirəm – Şeyxdən fantastik təklif

Qətərin əmiri Həməd bin Xəlifə Əl Sani “Mançester Yunayted”i satın almaq üçün klubun hazırkı sahibləri olan Qleyzer ailəsinə yeni təklif edib.

Aut.az xəbər verir ki, budəfəki təklif paket formasındadır. Paketdə klubun səhmlərinin 100 faizinin alınması, bütün borclarının ödənilməsi və həmçinin “Mançester Yunayted”in və ictimaiyyətin ehtiyacları üçün yardım fondunun yaradılması yer alıb.

Ancaq klubun alınması ilə bağlı məbləği dəyişdirib. Bundan əvvəl Əl Sani “Mançester Yunayted”ə sahib olmaq üçün 5 milyard avro təklif edirdisə, indi avronu funtla əvəzləyib. Bununla Şeyx daha 750 milyon avro təklif etmiş olub. Bu, futbol tarixində rekord göstəricidir.

Qeyd edək ki, Qətər əmiri ilə yanaşı britaniyalı milyarder Cim Ratkliff də Premyer Liqa klubunu satın almağa çalışır.