İngiltərə

2 milyarda elə bir stadion tikmək istəyir ki…

“Çelsi” “Stamford Bric”in yerində yeni stadion tikə bilər.

Aut.az “Daily Mail”ə istinadən bildirir ki, Todd Bouli 60 000-ə qədər tamaşaçı qəbul edə biləcək ən müasir arena tikmək niyyətindədir. Tikinti xərcləri 2 milyard funt sterlinq təşkil edəcək və ən optimist proqnozlara görə, 2030-cu ildə işlər tamamlana bilər.

“Çelsi”nin “Stamford Bric” yaxınlığında 1,2 hektarlıq torpaq sahəsi almaq üçün danışıqlar apardığı bildirilir. Torpaq hərbi veteranları mənzillə təmin edən “Stoll” Yaşayış Assosiasiyasına məxsusdur.

Bundan əlavə, “Çelsi” planlarını həyata keçirmək qərarına gəlsə, klub ən azı 4 il ev arenası kimi başqa stadiondan istifadə etməli olacaq. “Uembeli” və “Fulhem”in “Kreyven Kottec” arenası seçim kimi nəzərdən keçirilir.

Aut.az