“Arsenal”ın ulduzu “Barselona”ya “hə” dedi
“Arsenal”ın hücumçusu Viktor Qyokeres karyerasını İspaniyada davam etdirə bilər.
Aut.az xəbər verir ki, “ElNacional.cat” saytının məlumatına görə, “Barselona” isveçli hücumçu ilə yenidən maraqlanır. Futbolçunun özü ötən mövsüm “topçular”ın heyətində qeyri-sabit oyunlardan sonra Kataloniya klubuna keçməyə hazırdır. Potensial transfer haqqı 60 milyon avroya çata bilər.
Viktor Qyokeres 2025-ci ildə “Sportinq”dən 67 milyon avroya “Arsenal”a keçib.
Onun “topçular”la müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir. 2025/26 mövsümündə hücumçu London klubunda bütün yarışlarda 55 oyun keçirib, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
