Heç kimdən heç nə istəməyib: ölkə belə yaşayır
Jerar Pike “Neqreyre işi”nin “Barselona”ın oyunçuları ilə heç bir əlaqəsi olmadığını deyib.
Aut.az xəbər verir ki, Pike, “Neqreyra məsələsində “Barsa” böyük problem yaşayır. Bu, paltardəyişmə otağında məlum idi?” sualına belə cavab verib:
“Bu, futbolçulara aid deyildi. Mən heç vaxt heç kimdən heç nə istəməmişəm. Bəziləri isə rəqiblərin hesabatını istəyirdilər və ola bilsin ki, kimsə hakimlərə də müraciət edib. Nə baş verdiyini anlamıram.
Komanda olaraq, təbii ki, biz heç nə əldə etmədik. Amma bu mövzu qəzetlərin birinci səhifələri üçün çox uyğundur. Ölkə belə yaşayır. Düşünürəm ki, bunun niyə baş verdiyini anlamaq lazımdır”.
Aut.az
