Qvardiola müqaviləni bu şərtlə uzadıb: Söz veriblər ki, məhkəməni…
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola, noyabrın 21-də müqaviləsini iki il müddətinə uzatmazdan əvvəl rəhbərlikdən təminat alıb.
Aut.az xəbər verir ki, rəhbərlik Pepə söz verib ki, klubu maliyyə qaydalarını pozmaqda ittiham edən İngiltərə Premyer Liqasına qarşı məhkəmə mübarizəsində qalib gələcəklər.
Bu barədə “Mirror” məlumat yayıb.
Mənbənin məlumatına görə, klub hesab edir ki, Qvardiolanın yeni müqaviləsi “Mançester Siti”nin Premyer Liqa ilə mübahisədə qalib gələcəyinə əmin olduğuna inandırıcı sübutdur.
Xatırladaq ki, ispaniyalı mütəxəssis daha əvvəl İngiltərə Premyer Liqasından qovulsalar belə, “Siti”nin düşərgəsində qalacağını bildirmişdi. Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir.
Aut.az
