İngiltərə

“Real”ın sabiq futbolçusu Artetanın məşqçilər korpusunda

“Real Madrid”, “Mançester Yunayted” və Argentina millisinin keçmiş müdafiəçisi Qabriel Haynts Mikel Artetanın “Arsenal”dakı məşqçilər korpusuna qoşulacaq.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano bildirib.

47 yaşlı Haynts Artetanın köməkçisi kimi çalışan və bir müddət əvvəl “Parma”ya yollanan Karlos Kuestanı əvəz edəcək. Haynts bir vaxtlar Arteta ilə PSJ-də oynayıb.

O, karyerasını 2014-cü ildə bitirib “Argentinos Xuniors”, “Veles Sarsfild”, “Atlanta” və “Nyuells Old Boys” komandalarını çalışdırıb.

Aut.az