İngiltərə

“Liverpul” tarixinin 5 ən yaxşı hücumçusu – Karragerin versiyası

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karraqer Məhəmməd Salahı klub tarixinin ən yaxşı hücumçusu hesab etmir.

Aut.az xəbər verir ki, Qari Nevillə söhbətində Karrager Mersisayd klubunun tarixindəki ən yaxşı beş hücumçunun adını açıqlayıb.

Ceymi klubun bütün zamanların bombardiri Yan Raşı birinci, Kenni Dalqlişi ikinci, Məhəmməd Salah üçüncü, Sadio Maneni dördüncü, Fernando Torresi beşinci yerə qoyub.

Salahın yaxın günlərdə “Liverpul”dan ayrılacağı ehtimalı var. “Əl-İttihad” misirli üçün artıq 250 milyon avro təklif edir.

Aut.az