İngiltərə

“Yunayted”in əfsanəsi soruşur: Liderlər haradadır?

Ueyn Runi hesab edir ki, “Mançester Yunayted”də liderlər yoxdur.

Aut.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi bu barədə “The Overlap” podkastında bildirib.

“Mən deyərdim ki, soyunub-geyinmə otağında komandaya rəhbərlik edə biləcək beş oyunçu olmalıdır. İndiki “Mançester Yunayted”ə baxanda komandada kimin lider olduğunu düşünürsən. Brunonun kapitan olduğunu bilirəm , amma liderlər haradadır?

Mən bu barədə bir neçə həftə əvvəl Markuş Reşford bədən dilinə görə tənqid olunanda danışmışdım və düşünürəm ki, o, həmişə belə olub. Əvvəllər də onun meydanda çox danışdığını görməmişdim. O, çətin günlər keçirəndə və ya ondan bir az daha çox şey gözlədiyiniz zaman, yaşlı oyunçular ondan bunu tələb etməlidirlər. Anlamadığım tək şey budur”, – Runi deyib.

Aut.az