Bu tarixdə köçürlər
Premyer Liqa klubu “Everton” rəsmən elan edib ki, növbəti 2024/2025 mövsümü komandanın hazırkı ev stadionu “Qudison Park”da sonuncu olacaq.
“Everton” 2025-ci ilin yayında Bramley-Moore Dock-da yeni stadiona köçəcək. Yeni arenanın tutumu 52 888 yerlik olacaq. İndi yeni stadionun tikintisi təsdiq edilmiş qrafikə uyğun olaraq ciddi şəkildə davam etdirilir.
Xatırladaq ki, “Everton” 1982-ci ildən ev oyunlarını “Qudison Park”da keçirir. Stadionun tutumu 39 572 azarkeşdir.
Aut.az
