Avropa ÇempionatıAlmaniya

Almanlara Avro-2024-ə görə bu qədər mükafat vəd edildi

Almaniya millisinin Avropa çempionatında nə qədər mükafat alacağı bəlli olub.

Aut.az Almaniya mətbuatına istinadən xəbər verir ki, qrup mərhələsindəki qələbə hər oyunçuya 50 min avroqazandıracaq.

1/4 finalda qələbəyə görə hər oyunçuya 100 min, yarımfinal üçün 150 min avro mükafat nəzərdə tutulub.

Almaniya yığması birinci yeri tutsa, hər bir oyunçu 400 min avro alacaq, ikinci yeri tutduqda bir oyunçuya görə bonus 250 mindir. 26 oyunçudan ibarət heyətin ümumi mükafat fondu 10,4 milyon avro ola bilər.

Aut.az