“Barsa”nın dərdi: Məşqçi tapıb, qeydiyyata aldıra bilmir
“Barselona” yeni məşqçi heyətini qeydiyyatdan keçirməkdə çətinlik çəkir.
Aut.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubu hazırda yeni baş məşqçi Hansi Flik və onun heyətini qeydiyyatdan keçirə bilmir.
Səbəb isə “Barsa”nın maliyyə problemləridir. Məşqçini qeydiyyatdan keçirmək üçün klub əvvəlcə ya büdcə yükünü azaltmalı, ya da əlavə maliyyə tapmalıdır.
O da qeyd olunur ki, La Liqanın son mövsümündə klubda çıxış edən futbolçuların hamısı növbəti mövsüm üçün qeydiyyatdan keçməyib.
Aut.az
