“Çelsi” və “Nyukasl” “Barselona”nın vingeri Rafinya Diasa maraq göstərir.
Aut.az “Diario Sport”a istinadən xəbər verir ki, ağır maliyyə vəziyyəti səbəbindən Kataloniya klubu futbolçularından bir neçə ilə ayrılmaq məcburiyyətində qalacaq.
“Barselona” Rafinyanı satmaq istəmir və komandanın nəticəsinə daha az təsir edənlərlə ayrılmağa üstünlük verir, lakin indiyə qədər braziliyalıya daha çox maraq var.
“Çelsi” və “Nyukasl” futbolçunun yaxınları ilə əlaqə saxlayıb. Hələlik əlavə danışıqlar aparılmayıb.
Rafinya “Barselona”da qalmaq istəyir və digər klublardan gələn təkliflərə qulaq asmaq fikrində deyil. Lakin kataloniyalılar onu getməyə məcbur edə bilər. “Barsa” başqa futbolçuları satacağına ümid edir, lakin bu plan alınmasa, onda braziliyalı yaxşı gəlir mənbəyi kimi görünür.
“Barselona,” Rafinya üçün keçən yay ödədiyi 58+7 milyon avrodan çox verən olsa, onu satmağa razı olacaq.
Qeyd olunur ki, növbəti transfer pəncərəsi zamanı “Barsa” futbolçu satışından 150 milyon avroya əldə etməyi planlaşdırır.
26 yaşlı cinah oyunçusu bu mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə meydana çıxdığı 36 oyunda 8 qol vurub və 9 məhsuldar ötürmə edib.
Aut.az