Əfsanədən Yamala tərif: Müstəsna istedaddır
2005-ci ildə “Qızıl top”un qalibi, əvvəllər “Barselona”da oynamış braziliyalı Ronaldinyo 17 yaşlı Lamin Yamal haqqında fikirlərini bölüşü.
Aut.az xəbər verir ki, Ronaldinyonun sözlərini “L’Equipe” sitat gətirib: “Lamin çox istedadlıdır. O, müstəsna istedaddır. Yaradıcılığına görə onu izləməkdən xüsusi zövq alıram”.
Bu mövsüm 17 yaşlı Yamal bütün turnirlərdə 40 matçda iştirak edib, 13 qol vurub və 18 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2027-ci ilin yayına qədərdir.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.
Aut.az
